Bank Of Baku

Bakı Dövlət Universitetində Abay Mərkəzinin açılışı olub - FOTO

Bakı Dövlət Universitetində Abay Mərkəzinin açılışı olub - <font color=red>FOTO</font>
# 13 may 2011 11:52 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə yaradılan mərkəzin rəsmi açılışında Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim iştirak ediblər.

Tədbirin rəsmi hissəsi BDU-nun Heydər Əliyev Məktəbində davam edib. Qonaqları və tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov Abay Mərkəzinin BDU-da açılmasını yalnız universitetin deyil, hər iki xalqın həyatında əlamətdar hadisə hesab edib. Azərbaycan və qazax xalqlarının qardaşlığından danışan rektor, onların eyni mədəniyyətə, eyni tarixi köklərə və eyni dilə malik olduqlarını qeyd edib. Akademik Abel Məhərrəmov bildirib ki, tarixlər boyunca xalqlarımız arasında olan əlaqələrin daha da inkişafında ən böyük uğur Heydər Əliyev və Nursultan Nazarbayevin birgə səyləri nəticəsində əldə edilib və bu siyasət prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Tədbirdə Qazaxıstan Prezident Administrasiyasının daxili siyasət şöbəsinin müdiri Darxan Mınbay, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim, Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov çıxış edərək Azərbaycan-Qazaxıstan əlaqələrindən danışıb, mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, səfər çərçivəsində Avrasiya Milli Universitetinin professor-müəllim heyətini təmsil edən qonaqlar BDU-nun filologiya, tarix, fizika, kimya, tətbiqi riyaziyyat və kibernetika fakültələrində görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR