Bank Of Baku

Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış 51 yerə cəmi 15 abituriyent sənəd verib

Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış 51 yerə cəmi 15 abituriyent sənəd verib
# 13 may 2011 12:24 (UTC +04:00)
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, bu il Rusiyanın ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün 51 yer ayrılıb. Onlardan 46 yer bakalavriat, 2 yer magistratura üzrə, 3 yer isə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun müsahibəsinə qatılmaq üçün ayrılıb: “Təəssüflər olsun ki, hələlik Rusiyanın ali məktəblərinə sənəd verənlərin sayı azdır. Sənəd qəbulu davam edir”.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qeydiyyat mayın 11-də başlayıb və mayın 18-dək hər gün saat 10.00-dan 17.00-dək aparılır. Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycanın ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verəcəklər. Test imtahanı mayın 21-də keçiriləcək. Test imtahanı nəticəsində I ixtisas qrupunda 350 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan (Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun müsahibəsində isə 500 və daha yüksək bal toplayan) abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə 2011-ci il mayın 23-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR