Bank Of Baku

“Özünədəstək” layihəsinin növbəti ildən respublikanın bütün rayonlarında həyata keçiriləcək

“Özünədəstək” layihəsinin növbəti ildən respublikanın bütün rayonlarında həyata keçiriləcək
# 13 may 2011 15:33 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA-Economics. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bu gün nazirlikdə aparılan struktur islahatları nəticəsində yeni yaradılan Dövlət Sosial Təminat Xidmətinin və Sosial təminat siyasəti şöbəsinin kollektivi ilə görüşüb.

APA-Economics”in məlumatına görə, nazir bildirib ki, aparılmış struktur dəyişiklikləri aztəminatlı əhali qruplarına dövlət qayğısının çatdırılması işinin daha layiqli səviyyədə təşkilinə, bu sahədə effektli iş mexanizmlərinə üstünlük verilməsinə xidmət edir.

Görüşdə Dövlət Sosial Təminat Xidmətinin fəaliyyətini daha da təkmilləşdirmək, sosial müdafiə tədbirlərində şəffaflığın və ictimai nəzarətin artırılmasını təmin etmək məqsədilə bu günlərdə nazirlikdə yaradılan QHT-lərdən ibarət İctimai Şuranın fəaliyyəti, aztəminatlı ailələrin yoxsulluq səviyyəsindən çıxarılmasına yönəldilən “Özünədəstək” layihəsinin tətbiqi sahəsində görülən işlər və onların nəticələri barədə nazirə məlumat verilib.

F.Ələkbərov pilot layihə kimi ilkin olaraq bir neçə rayonda tətbiq olunan “Özünədəstək” layihəsinin növbəti ildən etibarən respublikanın bütün rayonlarında həyata keçirilməsi üçün hazırlıq işlərinin sürətləndirilməsini tapşırıb.

Nazirliyin tabeçiliyində olan sosial obyektlərin mövcud durumu, təmirə ehtiyacı olan obyektlərin əsaslı şəkildə təmiri, göstərilən xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması barədə tapşırıqlarını verən F.Ələkbərov bunun nazirliyin əsas prioritet vəzifələrindən olduğunu vurğulayıb. Yetkinlik yaşına çatmayan uşaqların sosial reabilitasiyasının da diqqətdə olan əsas məsələlərdən biri olduğunu deyən nazir həyata keçirilən tədbirlər barədə əhalinin məlumatlandırılması üçün təbliğat strategiyasının hazırlanması, həmçinin ictimaiyyətlə əlaqələr sahəsində işlərin genişləndirilməsi, bu sahədə fəaliyyətin daha effektli təşkili barədə tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR