Bank Of Baku

Bu il Azərbaycanda 15 nəfər QİÇS-dən dünyasını dəyişib

Bu il Azərbaycanda 15 nəfər QİÇS-dən dünyasını dəyişib
# 14 may 2011 10:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. 1987-ci ildən 2011-ci ilin mayın 1-dək Azərbaycanda 387 nəfər QİÇS-dən dünyasını dəyişib. Onlardan 45-i qadın, 342-si isə kişidir.

APA-nın məlumatına görə, bu barədə QİÇS-dən dünyasını dəyişmiş insanların Ümumdünya Xatirə Günü ilə əlaqədar Azərbaycan Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində “Unutmayaq və QİÇS-ə qarşı birləşək” şüarı ilə keçirilən dəyirmi masada bildirilib.

Mərkəzin direktoru Həqiqət Qədirova deyib ki, 2010-cu ildə Azərbaycanda QİÇS-dən 65 nəfər, bu ilin mayın 1-nə olan məlumata görə isə 15 nəfər dünyasını dəyişib. QİÇS-dən dünyasını dəyişən Azərbaycan vətəndaşlarının 92%-ni 19-50 yaş arasında olan şəxslər təşkil edir.

H.Qədirova qeyd edib ki, hazırda Azərbaycanın 1201 ailəsində QİÇS-lə bağlı problem mövcuddur: “QİÇS-dən dünyasını dəyişmiş insanların ailələrində 314 uşaq yetim qalıb. Onlardan 22 uşaq ata və anasını, 26 uşaq anasını, 266 uşaq isə atasını itirib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR