Bank Of Baku

Azərbaycanda hər il orta hesabla 450 nəfərdə QİÇS-ə yoluxma halı qeydə alınır

Azərbaycanda hər il orta hesabla 450 nəfərdə QİÇS-ə yoluxma halı qeydə alınır
# 14 may 2011 10:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Son 4 il ərzində Azərbaycanda hər il orta hesabla 450 nəfərə yaxın şəxsdə QİÇS-ə yoluxma halı qeydə alınıb. Bu il isə ölkədə bu virusla yaşayan 186 nəfər qeydiyyata götürülüb. Bu da onu göstərir ki, QİÇS-lə bağlı ölkədə vəziyyət sabit olsa da, azalma yoxdur”. APA-nın məlumatına görə, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova bildirib.

Onun sözlərinə görə, 1987-ci ildən 2011-ci ilin mayın 1-dək rəhbərlik etdiyi qurum tərəfindən 2909 nəfər İİV-ə yoluxmuş şəxs qeydiyyata alınıb. Onlardan 2805 nəfəri Azərbaycan vətəndaşı, 104-ü isə əcnəbidir. Ümumilikdə son 23 ildə aşkar olunan İİV xəstələrinin 95%-i son 10 ilin payına düşür. H.Qədirova deyib ki, virusa yoluxan şəxslər arasında əvvəlki illərdə olduğu kimi, inyeksion narkotik istifadəçiləri üstünlük təşkil edirlər: “Azərbaycanın 55 inzibati ərazi vahidində İİV-ə yoluxma halları var. İrandan narkotik trafiki də bu prosesə təsir edir. Azərbaycanda İİV-ə daha çox yoluxma halı Şirvan və Hacıqabulda qeydə alınıb. Bundan sonrakı yerlərdə isə Lənkəran, Sumqayıt, Astara və Yevlax gəlir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR