Bank Of Baku

“Gənclər və Azərbaycanda elmi inkişaf” mövzusunda növbəti debat keçirilib

“Gənclər və Azərbaycanda elmi inkişaf” mövzusunda növbəti debat keçirilib
# 14 may 2011 11:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın layihəsinin hazırlanması ilə bağlı “Gənclər və Azərbaycanda elmi inkişaf” mövzusunda növbəti debat keçirilib.

APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə keçirilən debatda gənc alimlər, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və ölkədə fəaliyyət göstərən ali məktəblərin aspirantları, o cümlədən ekspertlər və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Tədbiri açan gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, layihənin hazırlanması işi yekunlaşmaq üzrədir. Proqramın layihəsinin müzakirəyə çıxarılmasında isə məqsəd sənədin gəncləri maraqlandıran bütün tərəfləri əhatə etməsinə nail olmaqdır: “İstəyirik ki, gənclər öz təklifləri ilə bu layihəni formalaşdırsınlar”.

Sonra debat fizika-riyaziyyat elmləri namizədi Rüfət Əzizovun, AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Xavərinin, o cümlədən gənc alimlərin çıxışları ilə davam etdirilib. Tədbirdə dövlət proqramının əhəmiyyəti vurğulanıb və bildirilib ki, gənc alimlərin inkişaf etməsi, sosial problemlərinin həlli məqsədilə bu sənədin xüsusi rolu ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR