Bank Of Baku

Bakıda “Sabancı Universitetinin tanıtımı” mövzusunda seminar keçirilib - FOTO

Bakıda “Sabancı Universitetinin tanıtımı” mövzusunda seminar keçirilib - <font color=red>FOTO</font>
# 14 may 2011 14:20 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda “Sabancı Universitetinin tanıtımı” mövzusunda seminar keçirilib.

APA-nın məlumatına görə, seminarda Türkiyənin Azərbaycandakı səfirinin təhsil məsələləri üzrə müşaviri Halis Koyunçuoğlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, təhsil işçiləri və məzunlar iştirak ediblər.

Tədbirdə çıxış edən Halis Koyunçuoğlu bu gün Türkiyədə 154 universitetin fəaliyyət göstərdiyini, onların içərisində Sabancı Universitetinin xüsusi yeri olduğunu bildirib. Sabancı Universitetinin özəl bir təhsil müəssisəsi olduğunu qeyd edən müşavir Türkiyədəki özəl universitetlərin Azərbaycandakı özəl məktəblərdən fərqləndiyini söyləyib: “Türkiyədəki özəl universitetlər dövlət universitetləri qədər önəmlidir. Türkiyədə dövlət universitetlərinin diplomlarına verilən önəm özəl məktəblərin diplomlarına da verilir. Bizdə buna fərq qoyulmur. Həmçinin deməliyəm ki, Türkiyədəki özəl universitetlərin diplomları dünyanın bir çox ölkələrində tanınır”. H.Koyunçuoğlu azərbaycanlı məzunları Türkiyə universitetlərində təhsil almağa səsləyib.

Daha sonra tədbirdə çıxış edən Məhəmməd Bayramov Türkiyə və Azərbaycan arasındakı əlaqələrin tarixi köklərindən danışıb. O qeyd edib ki, bu gün hər iki ölkə arasında digər sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi inkişaf var. M.Bayramov azərbaycanlı tələbələrin Türkiyədə təhsil almasında ölkəmizin maraqlı olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR