Bank Of Baku

TQDK Azərbaycanda növbəti sınaq imtahanı keçirib

TQDK Azərbaycanda növbəti sınaq imtahanı keçirib
# 16 may 2011 07:29 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə Sumqayıt, Mingəçevir, Şəki, Ağstafa, Gədəbəy, Şirvan, Lənkəran, Quba, Masallı, Salyan, Balakən, Qax, Ağcabədi, Göyçay, İsmayıllı şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Sədərək, Şərur və Şahbuz rayonlarında 42 binada keçirilib.
İmtahanlarda 32 mindən artıq abituriyent iştirak edib.

E. Nağızadə bildirib ki, hazırda cavab kartlarının emalı prosesi həyata keçirilir, nəticələr həftə ərzində bəlli olacaq.

Qeyd edək ki, növbəti cınaq imtahanı mayın 29-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR