Bank Of Baku

Azərbaycan Türkiyədə keçirilən II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edəcək

Azərbaycan Türkiyədə keçirilən II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edəcək
# 16 may 2011 08:35 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il mayın 17-18-də Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olacaq.

DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, səfərdə məqsəd qeyd olunan tarixlərdə Ankara şəhərində Türkiyənin Sosial Güvənlik Qurumunun təşkilatçılığı ilə “Sosial müdafiə sahəsində yeni risklər və yanaşmalar” mövzusuna həsr olunmuş II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak etməkdir.

Azərbaycanda aparılan islahatların region üçün əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfi əsas çıxışçılardan biri kimi həmin simpoziuma dəvət olunub. Toplantı iştirakçılarına ölkəmizdə qurulan və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya sistemi barədə ətraflı məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR