Bank Of Baku

Azərbaycan ərazisində hava yağmursuz keçəcək, 25 dərəcə isti proqnozlaşdırılır

Azərbaycan ərazisində hava yağmursuz keçəcək, 25 dərəcə isti proqnozlaşdırılır
# 16 may 2011 08:40 (UTC +04:00)
Səhər zəif duman müşahidə olunacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Mayın 18-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal küləyi əsəcək. Gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 17-də hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman, bəzi şimal-şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 15-19 dərəcə isti olacaq.

Mayın 18-də hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 10-15, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR