Bank Of Baku

Azərbaycanda orta əmək haqqı 13% artıb

Azərbaycanda orta əmək haqqı 13% artıb
# 16 may 2011 09:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda muzdla işləyənlərin orta aylıq əmək haqqı 2011-ci ilin mayın 1-nə 348,6 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 12,5% artıb.

Sahələr üzrə orta aylıq əmək haqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyəti, inzibati və yardımçı xidmətlərin göstərilməsi və tikinti sahələrində digər fəaliyyət növləri ilə müqayisədə daha yüksək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR