Bank Of Baku

Azərbaycanda təhsil alan xarici tələbələr Qubada soyqırımı məzarlığında olublar

Azərbaycanda təhsil alan xarici tələbələr Qubada soyqırımı məzarlığında olublar
# 16 may 2011 09:37 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Azərbaycanda təhsil alan Türkiyə, Pakistan, Nigeriya və digər ölkələrin tələbələri Quba rayonunda səfərdə olub. Azərbaycanda təhsil alan tələbələrdən biri Bahri Kırgının APA-nın şimal müxbirinə verdiyi məlumatına görə, səfərdə əsas məqsəd ermənilərin 1918-ci ildə Qubada törətdiyi qırğınların əyani nişanəsi olan soyqırım məzarlığını ziyarət etməkdir. İlk olaraq soyqırım məzarlığına ziyarətə gələn qonaqlara dinc Quba sakinlərinin erməni silahlıları tərəfindən işgəncələrlə qətlə yetirilməsi barədə məlumat verilib. Kütləvi məzarlığı ziyarət edən tələbələr ermənilərin Quba qəzasında törətdiyi qırğının nişanələrindən dəhşətə gəldiklərini bildirdilər. Tələbələrin çıxışlarında soyqırımın vəhşi bir əməl olduğunu deyiblər. Daha sonra tələbələr Quba rayonunun tarixi, mədəni eləcə də turizm imkanları ilə maraqlanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR