Bank Of Baku

Dünya Bankı Azərbaycanda monitorinq keçirir

Dünya Bankı Azərbaycanda monitorinq keçirir
# 16 may 2011 10:01 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏCMN) nazirliyin müvafiq bölmələrinin bazası əsasında yaradılan Dövlət Sosial Təminat Xidməti və Sosial təminat siyasəti şöbəsinin fəaliyyət prinsipləri və onların qarşısında duran vəzifələr müzakirə olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Fizuli Ələkbərov bu günlərdə nazirlikdə keçirilən iclasda aztəminatlı vətəndaşlara dövlət qayğısının çatdırılması sahəsində müasir tələblərə uyğun, effektli iş mexanizmlərinin qurulmasının, nəticə etibarilə əhaliyə göstərilən xidmətin səviyyəsinin daha da yaxşılaşdırılmasının qarşıda duran əsas vəzifələrdən olduğunu, nazirlikdə aparılmış struktur dəyişikliklərinin də bu istiqamətdə ciddi dönüş yaradacağını bildirib.

Toplantıda ölkədə həyat səviyyəsinin təhlili, həmçinin sosial yardım proqramlarının icrası sahəsində vəziyyətin öyrənilməsi məqsədilə Dünya Bankı (DB) tərəfindən 7000-dək ev təsərrüfatını əhatə edəcək yeni monitorinqə start verildiyi bildirilib.

İclasda F.Ələkbərov ilkin olaraq bir neçə rayonda sınaq işlərinin aparıldığı “Özünədəstək” layihəsinin gələn ildən bütün ölkədə icra edilməsi üçün hazırlıq işlərinin sürətləndirilməsi, nazirliyin tabeçiliyində fəaliyyət göstərən və təmirə ehtiyacı olan sosial obyektlərin əsaslı təmiri və sosial xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində göstərişlər verib. Həmçinin nazir yetkinlik yaşına çatmayan uşaqların sosial reabilitasiyasına diqqətin artırılması, DB tərəfindən aparılan yeni monitorinqə lazımı dəstək verilməsi, həyata keçirilən tədbirlər barədə əhalinin daha geniş məlumatlandırılması üçün təbliğat strategiyasının hazırlanması, ictimaiyyətlə əlaqələr sahəsində işlərin gücləndirilməsi barədə də tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR