Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sığorta şirkətləri ilə danışıqlar aparacaq

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sığorta şirkətləri ilə danışıqlar aparacaq
# 16 may 2011 10:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA-Economics. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməyin mühafizəsi, işəgötürülənlərin sığortalanması və tikintidə baş verən bədbəxt hadisələrlə bağlı sığorta şirkətləri ilə danışıqlar aparacaq.

APA-Economics”in məlumatına görə, bu barədə konfederasiyanın sədri Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sahə həmkarlar təşkilatlarına da bununla bağlı fəaliyyətin daha da gücləndirilməsi tapşırılacaq: “İşəgötürənlər qanuna müvafiq surətdə öz işçilərini sığorta etdirməlidirlər. İşçilərin hüquqlarını müdafiə edən qurum kimi var gücümüzlə çalışacağıq ki, hər bir işçi bədbəxt hadisələrə qarşı sığortalansın”.

S.Mehbalıyev bildirib ki, ölüm hallarının xüsusilə çox olduğu tikinti şirkətlərində həmkarlar təşkilatlarının yaranmasına xüsusi diqqət yetirilir: “Bəzi tikinti şirkətləri özləri həmkarlar təşkilatlarının yaranması ilə bağlı təklif verirlər. Sahə həmkarlar təşkilatları mütəmadi olaraq özəl sektorla iş aparır. 400-dən artıq özəl şirkətdə həmkar təşkilatı yaradılıb”.

S.Mehbalıyev onu da qeyd edib ki, ötən il konfederasiyaya 180 mindən çox şikayət və ərizə daxil olub. Şikayətlərin çoxu işdən çıxarılma, əmək haqının və pensiyalarının düzgün hesablanmaması, bədbəxt hadisələr, mənzil problemlərinin həlli və maddi yardımla bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR