Bank Of Baku

Təhsil naziri müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə əmr imzalayıb

Təhsil naziri müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə əmr imzalayıb
# 16 may 2011 10:40 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin baş məsləhətçisi Xəyyam Fərəcovun APA-ya verdiyi məlumata görə, iyulun 1-dək ümumtəhsil müəssisələrindəki vakant yerlər haqqında nazirliyin rəsmi saytında və “Azərbaycan Müəllimi” qəzetində elanlar dərc olunacaq. Həmçinin həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlər elanda reqlamentlə müəyyən edilmiş qaydada göstəriləcək.

X. Fərəcov bildirib ki, işə qəbulla bağlı müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə işçi qrupu yaradılacaq və onlar “test bankı” hazırlayacaqlar: “Prosesdə iştirak etmək istəyən namizədlərin hər biri dörd yer seçə bilərlər. Onlar kompüter qarşısında 35 suala cavab verəcəklər. Bunun üçün namizədlərə bir saat vaxt veriləcək. Cavablar dərhal bilinəcək”.

X. Fərəcovun sözlərinə görə, imtahan suallarının 80 faizindən çoxuna düzgün cavab verənlər müsabiqəyə buraxılacaqlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlər üçün isə sualların 60 faizindən çoxuna düzgün cavab verilməlidir.

Müsabiqədə iştirak üçün ərizələrin qəbuluna isə iyulun 1-dən başlanılacaq: “Müsabiqədə onların şəxsi işi, diplomu, elektron ərizədə göstərdikləri məlumatlar yoxlanılacaq. Bütün bunlardan sonra müəllimlər təhsil nazirinin əmri ilə məktəblərə təyin olunacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR