Bank Of Baku

BQXK-nın dəstəyi ilə sərhədyanı bölgələrdə ilk yardım vərdişlərinin öyrənilməsi layihəsinin icrasına başlanılıb

BQXK-nın dəstəyi ilə sərhədyanı bölgələrdə ilk yardım vərdişlərinin öyrənilməsi layihəsinin icrasına başlanılıb
# 16 may 2011 11:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Qızıl Aypara Çəmiyyəti (AzQAC) Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) dəstəyi ilə sərhədyanı bölgələrdə ilk yardım vərdişlərinin öyrənilməsi layihəsinin icrasına başlayıb. APA-nın məlumatına görə, bunu AzQAC-ın sağlamlıq və qayğı şöbəsinin rəhbəri Mətanət Qaraxanova deyib. Onun sözlərinə görə, 12 sərhədyanı rayonu əhatə edəcək layihənin keçirilməsinə böyük ehtiyac var: “Cəmiyyətin bölgələrdə gənclərlə iş aparan təlimatçıları var. Həmin təlimatçılar üçün ilk yardım üzrə artıq təlimlərin keçirilməsinə başlanılıb. Layihə çərçivəsində ilk yardım üzrə 12 təlimatçı hazırlanacaq. Həmin təlimatçılar əhali arasında ilk yardım vərdişlərini aşılayacaqlar. Həmin təlimatçılar rayonlarda bir necə nəfəri əhatə edən sessiyalar keçirəcək. Bununla yanaşı, həm də ilk yardımın göstərilməsi üçün əyani vəsaitlər hazırlanaraq, əhaliyə paylanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR