Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri həmkarlar təşkilatlarına üzv olan gənc fəallarla görüşüb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri həmkarlar təşkilatlarına üzv olan gənc fəallarla görüşüb
# 16 may 2011 11:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev həmkarlar təşkilatlarına üzv olan gənc fəallarla görüşüb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən S. Mehbalıyev bildirib ki, gənclərlə görüşdə əsas məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını müzakirə etməkdir. Konfederasiya sədri ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələr verdiyini deyib: “Azərbaycanda gənclərin inkişafını təmin etmək üçün uğurlu iş aparılır. Ölkə başçısının həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində imkanları genişləndirilib”.
S. Mehbalıyev qeyd edib ki, hazırda AHİK sıralarında 300 mindən artıq gənc var. Gənclərin mənafelərinin müdafiə olunması, onların həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, işəgötürənlər tərəfindən gənclərin hüquqlarının qorunması AHİK-in gənclərlə bağlı siyasətinin əsasını təşkil edir.

Tədbirin sonunda gənclər adından ölkə prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR