Bank Of Baku

Balakənçay, Talaçay və Mazımçayda daşqın olub

Balakənçay, Talaçay və Mazımçayda daşqın olub
# 16 may 2011 12:19 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Mayın 14-16-da yağan intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsindəki Balakənçay, Talaçay, Mazımçay çaylarından qısamüddətli daşqın keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-80, Kiçik Qafqazın çaylarında 75-85, Naxçıvan MR çaylarında isə normanın 50 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 840 m3/san, yəni ongünlük normanın 112 faizi, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 245 m3/san, yəni ongünlük normanın 120 faizi qədərdir.

Kür çayının aşağı axınında - Surra məntəqəsində suyun səviyyəsi 743 santimetr, Şirvanda 645, Salyanda, Bankədə 391, Araz çayının Novruzlu məntəqəsində isə 478 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR