Bank Of Baku

Çimərliklərdə sanitar-texniki vəziyyətin öyrənilməsi məqsədilə monitorinq keçirilir

Çimərliklərdə sanitar-texniki vəziyyətin öyrənilməsi məqsədilə monitorinq keçirilir
# 16 may 2011 13:39 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Azərbaycanda özəl və dövlət sektoruna məxsus olan bütün çimərliklərdə sanitar-texniki vəziyyətin öyrənilməsi məqsədilə monitorinqlərə start verilib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımovun APA-ya verdiyi məlumata görə, ərazi gigiyena epidemiologiya mərkəzlərinin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı çimərliklərin gigiyenik qaydalara cavab verib-vermədiyi öyrənilir. Z. Kazımovun sözlərinə görə, bu tədbirlər oktyabrın 1-dək davam edəcək, ilkin nəticələr isə mayın 20-dən 25-dək məlum olacaq.

Çimərlik mövsümünə hazırlıqla bağlı digər bir tədbir - dəniz suyunun analizlərinin aparılması - hava şəraiti ilə bağlı olaraq təxirə salınıb. Sanitar şöbənin müdiri qeyd edib ki, Bakı və Abşeronda yerləşən çimərliklərdə dəniz suyunun analizlərinin aparılması dəniz suyunun temperaturun 17 dərəcədən yüksək olduğu təqdirdə baş tuta bilər. Hələlik suyun temperaturu bu normadan aşağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR