Bank Of Baku

Daşqınlardan sonra Kür çayı boyunca 600 kilometrə qədər sahilbərkitmə işləri görülüb - FOTO

Daşqınlardan sonra Kür çayı boyunca 600 kilometrə qədər sahilbərkitmə işləri görülüb - <font color=red>FOTO</font>
# 16 may 2011 15:42 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. Ötən il Kür və Araz çaylarındakı daşqınlarından sonra Kür çayının mövcud mühafizə bəndlərində 600 kilometrə qədər sahilbərkitmə işləri aparılıb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev məlumat verib. İdarə rəisinin sözlərinə görə, Kür və Araz çaylarında məlum daşqınlardan sonra bu məqsədlər üçün ayrılmış vəsaitlər hesabına 2010-cu ildə 324,5 kilometr, 2011-ci ildə isə 272 kilometrə qədər sahil boyu mövcud mühafizə bəndlərinin möhkəmləndirilməsi və hündürləşdirilməsi işləri yekunlaşmaq üzrədir. Əsasən Kür çayının 9 rayonun - Ağcabədi, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Hacıqabul rayonlarının və Şirvan şəhərinin ərazisindən keçən sahillərində aparılan sahilbərkitmə və bəndvurma işləri görülüb. Bu, əvvəlki sahil bəndlərindən etibarlılığına görə fərqlənir. Bəndlər aşağı hissədən 25-28 metr, üstdən isə 8 metr, maillik əmsalı isə hər 1 metr üçün 2,5 metr olmaqla hündürləşdirilib. Kür çayının sahili boyunca çayın döngələrində və ləpədöyən hissələrində beton və sal daş-qaya parçalarından bərkitmə işlərində istifadə olunub. Bəndlərin altından sahil boyu 35 ədəd suvarma şlüzləri quraşdırılıb ki, bu da çayda suyun səviyyəsi qalxan zaman əkin sahələrini sərbəst axınla suvarmaq üçün lazım olan su ilə təmin olunmasına imkan yaradacaq. Belə şlüzlərin daha 40 ədədi də "Meliorasiya və su təsərrüfatı" ASC-nin suvarma idarələrinin daxili vəsaitləri hesabına quraşdırılacaq.
E. Nuriyev deyib ki, Sarısu gölünün ətrafında da 40 kilometrlik mühafizə bəndlərinin möhkəmləndirilməsi və hündürləşdirilməsi işləri görülüb. Salyan rayonu ərazisində Kür çayının məcrasının dəyişdirilməsi ilə əlaqədar işlərə də start verilib. Onun sözlərinə görə, Niderlanddan gəlmiş mütəxəssislər əraziyə baxış keçirib və müvafiq rəylərini bildiriblər: “Yeni layihələr üzərində işlər aparırlar. Layihələr başa çatdıqdan sonra yeni tapşırıqların alınması da gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR