Bank Of Baku

İlham Məmmədzadə: “Qloballaşmaya cavab verməyən elm, cəmiyyət və dövlət inkişaf edə bilməz”

İlham Məmmədzadə: “Qloballaşmaya cavab verməyən elm, cəmiyyət və dövlət inkişaf edə bilməz”
# 17 may 2011 09:29 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. “Qloballaşmaya cavab verməyən elm, cəmiyyət və dövlət inkişaf edə bilməz. Elmi inkişaf beynəlxalq cəmiyyətdə özünü göstərir. Bu, Azərbaycanda çox zəifdir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti” gününə həsr olunmuş elmi konfransda deyib. O bildirib ki, beynəlxalq elmi əlaqələrin yaradılması vacibdir: “Son vaxtlar alimlər bunu dərk etsə də, hələlik real bir iş yoxdur. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştiraklar və çıxışlar azdır. Həmin tədbirlərdə yaxşı iştirak etsək, bu, ölkəmizdə elmin inkişafına təsir göstərər”.

İ. Məmmədzadə qeyd edib ki, elmin inkişafı üçün dəstəyi yalnız dövlətdən gözləmək olmaz: “Alimlər beynəlxalq layihələrə qoşulmalı, qrantlar almalıdırlar. Bu məqsədlə beynəlxalq fondlarla işləmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR