Bank Of Baku

ADU və Avstriyanın Alpen-Adria Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb

ADU  və Avstriyanın Alpen-Adria Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb
# 17 may 2011 09:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan Dillər Universiteti (ADU) və Avstriyanın Klagenfurt şəhərinin Alpen-Adria Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. APA məlumatına görə, imzalanma mərasimi ADU-da “Bakıda Avstriya ədəbiyyat günləri” adlı tədbir çərçivəsində keçirilib.
ADU-nun rektoru Səməd Seyidov rəhbəri olduğu universitetin və Avstriyanın Azərbaycandakı səfirliyinin birgə keçirdiyi tədbirdə çıxış edərək, Bakıda Avstriya ədəbiyyatı ilə bağlı belə bir tədbirin keçirilməsinin təsadüfü olmadığını deyib: “Azərbaycan və Avstriya tarixi və gözəl ənənələrə malikdir. Avropanın tərkib hissəsi olan Avstriya ədəbiyyatı uzun illərdir ki, Azərbaycanda öyrənilir”.
Rektor deyib ki, ADU-da Avstriya mərkəzinin açılması Azərbaycan və Avstriya mədəniyyət sahəsində olan əməkdaşlığın daha dərinləşməsinə xüsusi impuls verib.
Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç də iki ölkə arasında mədəniyyət sahəsində olan əlaqələrin inkişaf etməsinin vacibliyini vurğulayıb. O, Azərbaycan və Avstriya universitetləri arasında gələcəkdə müəllim və tələbə mübadiləsinin təşkil olunacağına ümidini ifadə edib.
Əməkdaşlığa dair müqaviləni ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova və Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitutunun rəhbəri, professor Klaus Amman imzalayıblar.

“Bakıda Avstriya ədəbiyyat günləri” sabah da davam edəcək. Tədbirin növbəti günündə bir sıra məruzələr dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR