Bank Of Baku

Mingəçevirdə 10 müharibə əlilinə və 6 şəhid ailəsinə yeni mənzil verilib

Mingəçevirdə 10 müharibə əlilinə və 6 şəhid ailəsinə yeni mənzil verilib
# 14 iyun 2011 16:43 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov - APA. Bu gün Mingəçevir şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 4 mərtəbəli 16 mənzilli yeni binanın açılışı olub. APA-nın yerli bürosunun xəbərinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilən binanın açılış mərasimində nazir Füzuli Ələkbərov da iştirak edib. Ölkədə müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan nazir yeni mənzillərlə təmin olunan şəhər sakinlərini təbrik edib. O, mənzillərin sahiblərinə orderləri təqdim edib. Müasir üslubda tikilən yeni binada mənzillər lazımı şəraitlə təmin edilib, evlərdə istilik sistemi quraşdırılıb. Məlumat verilib ki, 2003-cü ildən indiyədək Mingəçevirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 ədəd 24 mənzilli, 1 ədəd 36 mənzilli və 1 ədəd 16 mənzilli yaşayış binası tikilərək istifadəyə verilib. Yaxın vaxtlarda 1 ədəd 54 mənzilli və 1 ədəd 16 mənzilli binaların inşası nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR