Bank Of Baku

Sel Ağsu çayının üzərindəki körpünü uçuraraq 5 kəndlə əlaqəni kəsib, sahil-mühafizə bəndlərini dağıdıb

Sel Ağsu çayının üzərindəki körpünü uçuraraq 5 kəndlə əlaqəni kəsib, sahil-mühafizə bəndlərini dağıdıb
# 15 iyun 2011 12:57 (UTC +04:00)
Rayon Fövqəladə Hallar Komissiyasından (FHK) APA-nın Şirvan bürosuna verilən məlumata görə, ötən gün axşam saatlarında sel suları Ağsu çayının Kalva kəndindən keçən hissəsindəki avtomobil körpüsünü dağıdaraq rayon mərkəzi ilə Kalva, Dilman, Xatman, Suraxanı, Hacıman kəndinin əlaqəsini kəsib. Uzunluğu 120 metr olan 6 aşırımlı körpü yararsız hala düşüb. Dağlardan gələn sel suları Ağsunun Ləngəbüd kəndində 400 hektar taxıl sahəsini basıb, evlərə, yardımçı tikililərə ziyan dəyib. Ağsuçay və Girdiman çayında suyun səviyyəsi qalxıb. Sel suları Ağsu çayındakı 150 metr sahil mühafizə bəndini dağıdıb.
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, hazırda körpünün uçduğu ərazidə nəqliyyatın hərəkəti bərpa edilməyib. Körpünün hər iki tərəfində kənd sakinlərinə məxsus 100-ə yaxın minik avtomobili dayanıb körpünün bərpasını gözləyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR