Bank Of Baku

Ağsuda fermerlərə məxsus 300 baş qoyunu və iki atı sel aparıb

Ağsuda fermerlərə məxsus 300 baş qoyunu və iki atı sel aparıb
# 15 iyun 2011 15:02 (UTC +04:00)
Ağsu rayon İcra Hakimiyyətinin Kalva kəndi üzrə icra nümayəndəsi Atabəy Nağıyev APA-nın Şirvan bürosuna bildirib ki, ötən gün axşam saatlarında Ağsu çayına gələn güclü sel Kürdəmirin Qarabucaq kəndindən gələn və Kalva kəndindən keçərək dağlardakı yaylaq yerlərinə köç edən iki fermerin mal-qara təsərrüfatına ciddi ziyan vurub. Çaya qəflətən gələn güclü sel 16 çobanı, Qarabucaq kənd sakinlərinə məxsus 1600 baş qoyun-keçini və 150 baş iri buynuzlu heyvanı, 20-yə yaxın atı, “QAZEL” markalı sərnişin mikroavtobusunu basıb. Hadisə mal-qara çayı keçən zaman baş verib. Sel suları 300 baş qoyun-keçini və iki atı aparıb. Çobanlar gecə səhərədək çayın ortasındakı quru sahədə “QAZEL”in içində qalıblar. İnsan tələfatı olmayıb. Mal-qaranın qalan hissəsi isə yerli kənd sakinlərinin köməyi ilə seldən xilas edilib.
Qeyd edək ki, ötən gün axşam saatlarında sel suları Ağsu çayının Kalva kəndindən keçən hissəsindəki avtomobil körpüsünü dağıdaraq rayon mərkəzi ilə Kalva, Dilman, Xatman, Suraxanı, Hacıman kəndinin əlaqəsini kəsib. Uzunluğu 120 metr, eni 12 metr olan 6 aşırımlı körpü yararsız hala düşüb. Sel suları Ağsu çayının sahilindəki 150 metrlik beton-mühafizə bəndini dağıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR