Bank Of Baku

Ombudsmanların IX Beynəlxalq Bakı Konfransının iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

Ombudsmanların IX Beynəlxalq Bakı Konfransının iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər
# 16 iyun 2011 07:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün öz işinə başlayacaq Ombudsmanların IX Beynəlxalq Bakı Konfransının iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. APA-nın məlumatına görə, “Milli azlıqlar və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusunda keçiriləcək konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Tədbirdə müxtəlif ölkələrdən 48 xarici qonağın iştirak etdiyini deyən ombudsman Elmira Süleymanova bildirib ki, Azərbaycanda 90-a yaxın milli və etnik azlığın nümayəndəsi yaşayır, ölkədə 450 minə yaxın miqrant var. Miqrantların əksəriyyəti əmək miqrantlarıdır: “Azərbaycan iqtisadi cəhətdən daha çox inkişaf etdikcə qonşu ölkələr üçün maraq kəsb edir və ölkəyə miqrant axını çoxalır”. Ombudsman deyib ki, Azərbaycanda milli azlıqların və miqrantların hüquqlarının müdafiəsi ilə bağlı dövlət siyasəti və müxtəlif proqramlar işlənib hazırlanıb: “Ölkədə heç bir ayrı-seçkiliyə yol verilmədən bütün əhali qruplarının inkişafı üçün münbit şərait yaranıb”.

Qeyd edək ki, bu gün öz işinə başlayacaq konfrans iyunun 18-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR