Bank Of Baku

Orta məktəblərdə növbəti buraxılış imtahanları keçirilir

Orta məktəblərdə növbəti buraxılış imtahanları keçirilir
# 16 iyun 2011 09:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Azərbaycanın orta məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə növbəti buraxılış imtahanları keçirilir. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanlar Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə keçirilir. 11-ci sinif şagirdləri üçün imtahan saat 10.00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15.00-da başlayacaq və 1 saat yarım davam edəcək.

Son buraxılış imtahanları isə iyunun 17-si və 18-də Bakıda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR