Bank Of Baku

Azərbaycanın musiqi məktəblərinin şagirdləri MDB ölkələrinin Birinci Uşaq Musiqi Akademiyasında iştirak edib

Azərbaycanın musiqi məktəblərinin şagirdləri MDB ölkələrinin Birinci Uşaq Musiqi Akademiyasında iştirak edib
# 16 iyun 2011 09:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın Samara, Tolyatti və Novokuybışevsk şəhərlərində xalq artisti Yuri Başmetin himayəsi altında MDB ölkələrinin Birinci Uşaq Musiqi Akademiyası keçirilib. APA-nın məlumatına görə, Akademiyada Bakı şəhər
Qara Qarayev adına 8 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdi Nigar Məmmədova (violonçel), Bakı şəhər 24 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdi Yusif Yusifov (klarnet), Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Atabala Manafov (fortepiano) iştirak ediblər. Akademiya MDB ölkələrinin vətəndaşları olan, uşaq musiqi və incəsənət məktəblərində və orta ixtisas məktəblərində təhsil alan 10-15 yaşlı uşaqlar üçün ilk dəfə olaraq təşkil edilib. Akademiyada tanınmış musiqiçilər, beynəlxalq müsabiqələr laureatları Yuri Başmet, Aleksandr Buzlov, İqor Fyodorov, Yevgeni Finkilşteyn (Rusiya), Mariza Tansinni, Fulvio Fiori (İtaliya), Tatyana Samuil (Belçika) və Rostislav Krimerin (Belarus) müxtəlif ixtisaslar üzrə ustad dərsləri keçirilib.
Azərbaycanlı şagirdlər Samara Dövlət Filarmoniyasında, Tolyatti şəhər Filarmoniyasında, Novokuybışevsk şəhər Mədəniyyət Sarayında keçirilən konsertlərdə uğurla iştirak edərək qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR