Bank Of Baku

Azərbaycanın Miqrasiya Məcəlləsi bütün dövlət və hökumət qurumları ilə razılaşdırılıb

Azərbaycanın Miqrasiya Məcəlləsi bütün dövlət və hökumət qurumları ilə razılaşdırılıb
# 16 iyun 2011 10:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Miqrasiya Məcəlləsi bütün dövlət və hökumət qurumları ilə razılaşdırılıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov bildirib.

A. Rəhimovun sözlərinə görə, artıq Məcəllə üzrə müvafiq qurumların rəyi toplanıb və hazırda sənəd Nazirlər Kabinetində baxılır. Məcəllənin bu il qəbul edilib edilməyəcəyinə gəlincə, xidmət rəisi bu barədə nə isə deməyin tez olduğunu bildirib.

DMX-də korrupsiya ilə mübarizə tədbirlərinin davam etdirildiyini deyən A. Rəhimov bildirib ki, Xidmət əməkdaşlarının Nizamnamədən kənar hərəkətlərə yol verməsi halları aşkarlandıqda barələrində qanuna müvafiq tədbirlər görülür: «Hər bir əcnəbinin geri döndükdə öz ölkəsində Azərbaycana qarşı mənfi rəy yarada biləcəyini bilirik. Onun üçün də çalışırıq ki, atılan bütün addımlar qanun çərçivəsində, qoşulduğumuz beynəlxalq sənədlər çərçivəsində olsun».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR