Bank Of Baku

“Körfəz Əməkdaşlıq Şurası ölkələrində daxili vəziyyət və perspektiv inkişafın ssenariləri” sərlövhəli yeni nəşr işıq üzü görüb - FOTO

“Körfəz Əməkdaşlıq Şurası ölkələrində daxili vəziyyət və perspektiv inkişafın ssenariləri” sərlövhəli yeni nəşr işıq üzü görüb - <font color=red>FOTO</font>
# 16 iyun 2011 11:02 (UTC +04:00)
Bakı – APA. “Körfəz Əməkdaşlıq Şurası ölkələrində daxili vəziyyət və perspektiv inkişafın ssenariləri” sərlövhəli yeni nəşr işıq üzü görüb. APA-nın məlumatına görə, tədqiqatçılar Gülnar Məmmədovanın və Ramiz Rəhmanovun hazırladıqları bu hesabatda Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrində iqtisadi və siyasi amillərin hazırkı vəziyyəti və mümkün olan inkişaf perspektivləri araşdırma predmetidir.
Qeyd olunub ki, Şimali Afrikada və Yaxın Şərqdə baş verən dəyişikliklərlə paralel olaraq, KƏŞ ölkələrinin “demokratiya meylli” qüvvələri də son aylarda, siyasi və iqtisadi islahatlar tələbi ilə çıxış etməyə başlayıblar. Bu, Bəhreyndə və Omanda kütləvi etirazlar, Küveytdə, Səudiyyə Ərəbistanında kiçik nümayişlər, Qətərdə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) isə yeni media vasitələri ilə həyata keçirilməkdədir. Bu ölkələrin hər birinin spesifik xüsusiyyətlərini nəzərə aldıqda hadisələrin inkişafı həm region, həm də dünya üçün fərqli nəticələr ortaya çıxara bilər. Bu baxımdan hesabatda KƏŞ ölkələrində daxili və regional səviyyədə məzhəb fərqlilikləri, İranın regiona təsir imkanları, bu ölkələrdə siyasi və iqtisadi sistemlərinin problemləri və hakim ailələrin daxilindəki parçalanmalar nəzərə alınaraq xalq nümayişlərinin təzyiqləri altında mövcud rejimlərin gələcəyi ilə bağlı suallara cavab tapılması istiqamətində araşdırma aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR