Bank Of Baku

Xəzərin ekologiyasının mühafizəsi üzrə çərçivə Konvensiyası iştirakçısı olan ölkələrin konfransı keçiriləcək

Xəzərin ekologiyasının mühafizəsi üzrə çərçivə Konvensiyası iştirakçısı olan ölkələrin konfransı keçiriləcək
# 16 iyun 2011 11:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avqustun 10-12-də Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin ekologiyasının mühafizəsi üzrə çərçivə Konvensiyası iştirakçısı olan ölkələrin konfransı keçiriləcək. APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın ətraf mühit naziri Nurqəli Aşim deyib. O, konfrans çərçivəsində iki protokolun imzalanacağını açıqlayıb: “Neftlə çirklənməyə səbəb olan insidentlərlə bağlı regional hazırlıq, reaksiya və əməkdaşlıq haqqında” və “Transsərhəd kontekstində ətraf mühitə təsirlərin qiymətləndirilməsi haqqında” protokollar.

Qeyd edək ki, Konvensiya BMT-nin Ətraf Mühit Proqramının köməyi ilə hazırlanıb və 2006-cı ildə qüvvəyə minib. Bütün Xəzəryanı ölkələr Konvensiyanın iştirakçısıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR