Bank Of Baku

Azərbaycanda satışda olan dondurma və spirtsiz içkilərlə bağlı monitorinqlərə başlanıb

Azərbaycanda satışda olan dondurma və spirtsiz içkilərlə bağlı monitorinqlərə başlanıb
# 16 iyun 2011 14:12 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Azərbaycanda satılan dondurma və spirtsiz içkilərlə bağlı monitorinqlərə başlayıb. Bu haqda APA-ya mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, həmin məhsulların laborator tədqiqatlarına başlanılması üçün bu gün respublika üzrə bütün rayon gigiyena mərkəzlərinə göstərişlər verilib: “Bazarlarda keyfiyyətsiz məhsullar da satılır. Onların arasında istehsalçısı məlum olmayan, üzərində istehsal tarixi göstərilməyən, qanuna uyğun etiketlənməyən dondurma və spirtsiz içkilər də var. Belə məhsulların hazırlanması da istehsal tələblərinə cavab vermir”. İ.Abdullayev qeyd edib ki, şübhəli məhsulları üzə çıxarmaq üçün monitorinqlər iyunun sonunadək davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR