Bank Of Baku

Ermənilərin UNESCO-nun Parisdəki qərargahında bu günə təyin etdikləri fotosərgi baş tutmayıb

Ermənilərin UNESCO-nun Parisdəki qərargahında bu günə təyin etdikləri fotosərgi baş tutmayıb
# 16 iyun 2011 15:09 (UTC +04:00)
APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb təşkilatçı UNESCO nümayəndələrinin mövqeyi olub. Ermənistan mədəniyyət nazirinin müavini, Ermənistanın Fransadakı səfiri və digər erməni rəsmiləri tədbirdə iştirak etmək üçün müəyyən edilən məkana getsələr də, sərgi stendlərinin nümayiş üçün hazır olmadığını görüblər. Bildirildiyinə görə, “Xaçkar” foto şəkillərin altındakı yazılı lövhələr sökülüb və beləliklə, onların konkret olaraq harada yerləşdiyi ziyarətçilər üçün qeyri-müəyyən qalıb. Bunu antierməni aksiyası kimi qiymətləndirən Fransanın Erməni İcması “erməni mədəni irsinin təkzibinə” görə UNESCO-ya etiraz məktubu göndərmək niyyətində olduğunu bəyan edib. UNESCO-nun məsələ ilə bağlı mövqeyi açıqlanmır.

Xatırladaq ki, erməni təbliğatı “Xaçkar” adlandırılan qəbirüstü daşların bir qisminin vaxtilə Naxçıvanda mövcud olduğunu iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR