Bank Of Baku

Dolu və leysan yağışları Qusar rayonunda yaşayış evlərinə ciddi ziyan vurub

Dolu və leysan yağışları Qusar rayonunda yaşayış evlərinə ciddi ziyan vurub
# 16 iyun 2011 15:32 (UTC +04:00)
Qusar. Zaur Quliyev – APA. Dolu və leysan yağışları Qusar rayonunda fəsadlar törədib, yaşayış evlərinə ciddi ziyan dəyib. Güclü yağış zamanı kanalizasiya xətlərinin tutulması nəticəsində sel suları evlərə dolub. Şəhərin Hacı Zeynalabdin Tağıyev və Mirzə Vəliyev küçələrində 40-dan artıq ev yararsız vəziyyətə düşüb. Yerli sakinlərin APA-nın şimal bürosuna verdiyi məlumata görə, güclü yağış evlərdə olan məişət avadanlıqlarını sıradan çıxarıb. Rayon Fövqəladə Hallar komissiyasının sədri Alif Məmmədov APA-ya bildirib ki, hazırda sakinlərə dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR