Bank Of Baku

Bazarlarda satılan qarpız və yemişdən nümunələr götürüləcək

Bazarlarda satılan qarpız və yemişdən nümunələr götürüləcək
# 16 iyun 2011 15:53 (UTC +04:00)
Mənşəyi məlum olmayan məhsulların vaxtından əvvəl yetişdirilməsi üçün müxtəlif kimyəvi maddələrdən istifadə olunur. Belə maddələrdən həddindən artıq istifadə insan orqanizmi üçün təhlükəli hesab edilir”. Bu sözləri APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib. Onun sözlərinə görə, hələlik bu məhsuldan heç bir zəhərlənmə hadisəsi baş verməsə də, ehtiyatlı olmaq lazımdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov isə APA-ya bildirib ki, hazırda bazarlara çıxarılan qarpız və yemişlər yerli məhsullardır: “Qış aylarında Azərbaycana qarpız və yemişlər xarici ölkələrdən, Türkmənistan və Özbəkistandan idxal olunurdu. Amma hazırda bazarlarda satılan məhsullar Sabirabadda yetişdirilib”.
Y. İbrahimov bazarlardakı qarpız və yemiş məhsullarından hər il olduğu kimi bu il də analizlər götürüləcəyini bildirib. Onun sözlərinə görə, məhsulların tərkibi ilə bağlı ekspertizalar aparılacaq: “Bəzən elə olur ki, həmin məhsulların yetişdirilməsi üçün kimyəvi maddələrin istifadəsi zamanı aqrotexniki qaydalara riayət olunmur. Ötən ilki analizlərin nəticələrinə görə, bu sahədə problem üzə çıxmadı. Amma ondan əvvəlki il qarpızın tərkibində nitratın və digər maddələrin çox olduğu aşkarlanmışdı. Ona görə, də bu nəzarət davam etdirilir və iyunun 20-dən başlayaraq bazarlarda satılan qarpız və yemiş məhsullardan nümunələr götürüləcək və ekspertizalar aparılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR