Bank Of Baku

Rusiyanın Sverdlovsk vilayəti və Azərbaycan həmkarlar ittifaqlarının bir neçə sahə mərkəzi arasında müqavilə imzalanıb

Rusiyanın Sverdlovsk vilayəti və Azərbaycan həmkarlar ittifaqlarının bir neçə sahə mərkəzi arasında müqavilə imzalanıb
# 16 iyun 2011 15:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Rusiyanın Sverdlovsk vilayəti və Azərbaycan həmkarlar ittifaqlarının bir neçə sahə mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu barədə APA-ya AHİK-dən məlumat verilib.

Müqavilə və protokollar Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil HİRK ilə Ümumrusiya Avtonəqliyyat və Yol Təsərrüfatı Həmkarlar İttifaqı İşçilərinin Sverdlovsk Ərazi Təşkilatı, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Rusiya Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sverdlovsk Ərazi Təşkilatı, “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası ilə Sverdlovsk vilayəti Kiçik və Orta Sahibkarlıq Həmkarlar İttifaqı Komitəsi, Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Sverdlovsk Vilayət Müdafiə Sənayesi Həmkarlar İttifaqı İşçiləri Təşkilatı arasında imzalanıb.

Sonda tədbirdə iştirak edən Sverdlovsk vilayətinin nümayəndə heyəti AHİK-ə təcrübələri toplanmış kitab və disk təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR