Bank Of Baku

Azərbaycanda ali məktəblərin magistraturasına qəbul planı 10,9 faiz artırılıb

Azərbaycanda ali məktəblərin magistraturasına qəbul planı 10,9 faiz artırılıb
# 17 iyun 2011 09:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il magistratura qəbul planı 5242 yer olduğu halda bu il qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayı 5815-dir. Ötən illə müqayisədə magistraturaya sənəd verən bakalavrların sayı da 20 faizə qədər artıb.
N. Babayev deyib ki, iyunun 26-da magistraturanın ikinci mərhələsi üçün keçiriləcək imtahanlarda iştirak etmək üçün 7866 bakalavr qəbul proqramı və ixtisaslaşmaları seçərək təsdiqləyib. Onlardan 6809 nəfəri Azərbaycan bölməsin 1057 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 3744 nəfərini oğlanlar, 4122 nəfərini isə qızlar təşkil edir. 4936 nəfər ali təhsil müəssisələrinin bu ilki, 2930 nəfər isə əvvəlki illərin məzunudur.
N. Babayev onu da bildirib ki, bakalavrlar gələn həftənin əvvəlindən öz elektron ərizələrinə daxil olaraq imtahana buraxılış vərəqəsini çap edib götürməlidirlər. Magistraturaya ikinci mərhələnin imtahanı iyunun 26-da saat 14.00-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR