Bank Of Baku

İyunun 26-da Bakı və Naxçıvanda rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dilli” fənni üzrə imtahan keçiriləcək

İyunun 26-da Bakı və Naxçıvanda rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dilli” fənni üzrə imtahan keçiriləcək
# 17 iyun 2011 09:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 26-da rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dilli” fənni üzrə Bakı və Naxçıvan şəhərlərində imtahan keçirəcək. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, iyunun 26-da keçiriləcək imtahanda 2538 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 1572 nəfəri mayın 22-də “Azərbaycan dilli” üzrə keçirilən birinci imtahandan qeyri-məqbul qiymət alanlar, 966 nəfər isə ərizəsini həmin imtahanda iştirak üçün nəzərdə tutulan vaxtdan sonra təsdiqlədənlərdir. İmtahanda iştirakı gözlənilən abituriyentlərdən 1156 nəfəri qız, 1382 nəfəri isə oğlandır.

N. Babayev imtahanın saat 11.00-da başlayacağını və 45 dəqiqə davam edəcəyini söyləyib. Abituriyentlərə “Azərbaycan dilli” fənnindən 30 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavab düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. “Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanına buraxılacaq. Abituriyentlər “imtahana buraxılış vərəqisi”ni gələn həftədən TQDK-nın internet saytına daxil olaraq çap edə biləcək.

TQDK sədrinin müavini bu il rus bölməsi abituriyentlərinin “Azərbaycan dili” fənnindən göstəricilərinin ötən illə müqayisədə yaxşı olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR