Bank Of Baku

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 17 iyun 2011 10:14 (UTC +04:00)
Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət haqqında məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 75-165, Lənkəran-Astara bölgəsi çaylarında 90-210, Kiçik Qafqaz çaylarında 70-100, Naxçıvan MR çaylarında isə 104 faizini təşkil edir.

Tranzit çaylara gəlincə, hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 427 m3/san, yəni ongünlük normanın 72,3 faizini ( 2010-cu ildə 425 m3/san olmaqla ongünlük normanın 72 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 300 m3/san, yəni ongünlük normanın 178 faizini ( 2010-cu ildə 105 m3/san olmaqla ongünlük normanın 62 faizini) təşkil edir.

Hazırda Kürün aşağı axınında - Surra məntəqəsində suyun səviyyəsi 686 sm (2010-cu il iyunun 17-də səviyyə 844 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 596 sm (2010-cu il iyunun 17-də səviyyə 766 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Salyanda 578 sm (2010-cu il iyunun 17-də səviyyə 752 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Bankədə 359 sm (2010-cu il iyunun 17-də səviyyə 438 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 425 sm-dir (2010-cu il iyunun 17-də səviyyə 593 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR