Bank Of Baku

Azərbaycan Uşaq Hüquqları Müdafiəsi Liqası UNİCEF-dən narazıdır

Azərbaycan Uşaq Hüquqları Müdafiəsi Liqası UNİCEF-dən narazıdır
# 17 iyun 2011 10:38 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Uşaq Hüquqları Müdafiəsi Liqası “UNİCEF Azərbaycanda uşaq hüquqlarını pozur” mövzusunda mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən liqanın sədri Yusif Bəkirov UNİCEF-in alternativ hesabatlar hazırlayaraq BMT-yə göndərən yerli QHT-lərin maliyyələşdirilməsini dayandırdığını bildirib: “UNİCEF 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Hər beş ildən bir BMT-nin Uşaq Hüquqları Komitəsinə yerli QHT-lər tərəfindən hazırlanan alternativ hesabatlar hazırlanıb göndərilməlidir. Biz dəfələrlə UNİCEF-ə müraciət edərək cüzi maliyyə yardımı istəmişik ki, alternativ hesabat hazırlayaq. Daha doğrusu, bununla bağlı layihə təqdim etmişik, lakin UNİCEF bunu maliyyələşdirməyib. Hər dəfə Uşaq Hüquqları üzrə Alyansın layihəsi UNİCEF tərəfindən maliyyələşdirilir. Guya həmin QHT-nin yazdığı hesabatı 82-yə yaxın təşkilat yazıb. Həm də buna külli miqdarda vəsait ayrılır. Biz həmin QHT-nin hazırladığı hesabatı oxuduğumuz zaman bəzi çatışmazlıqların olduğunu aşkarladıq. Bu qədər pulun bir təşkilata ayrılması düzgün deyil. Həmin vəsait uşaqlar üçün sərfəli olan başqa yerlərə xərclənə bilərdi. Lakin UNİCEF müəyyən səbəblərdən bunu etmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR