Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əlillərin Bərpa Mərkəzlərinin mövcud vəziyyətinə dair seminar keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əlillərin Bərpa Mərkəzlərinin mövcud vəziyyətinə dair seminar keçirilib
# 17 iyun 2011 11:53 (UTC +04:00)
Bakı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Respublikada Əlillərin Bərpa Mərkəzləri: mövcud vəziyyət və yeni tibbi-sosial reabilitasiya istiqamətləri” mövzusunda seminar keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, seminarda ƏƏSMN-in, Tibbi-sosial ekspert komissiyalarının, Əlillərin Bərpa Mərkəzlərinin və QHT-lərin nümayəndələri iştirak ediblər.

Seminarın əsas məqsədi respublikamızda əlillərin tibbi-sosial bərpası sahəsində mövcud vəziyyətin qiymətləndirilməsindən, yeni tibbi-sosial reabilitasiya istiqamətlərinin müəyyən edilməsindən, bu sahədə cəmiyyətdə ümumi rəyin yaradılmasından, təqdim olunan ilkin layihəyə gələcəkdə müvafiq dövlət orqanları və QHT-lər tərəfindən təkliflərin verilməsindən ibarət olub.

Seminarda həmçinin beynəlxalq təcrübəyə uyğun şəkildə müasir reabilitasiya metodlarını tətbiq etməklə nümunəvi və səmərəli bir reabilitasiya mərkəzinin yaradılması üçün tibbi reabilitasiya tədbirləri ilə bərabər sosial reabilitasiyanın həyata keçirilməsi məsələsi də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR