Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Masallı və Şirvanda regional təlimlər keçirir

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Masallı və Şirvanda regional təlimlər keçirir
# 17 iyun 2011 12:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya BMT-nin İnkişaf Proqramı (UNDP) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birlikdə Masallı və Şirvan şəhərlərində təlimlər keçirir. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlim yerli icra hakimiyyəti orqanlarının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələrinin və məhkəmə hakimiyyəti orqanlarının dövlət qulluqçuları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması qaydası, dövlət qulluqçularının vəzifə təlimatları, iş bölgüsünün aparılması qaydası və dövlət qulluqçularının reyestrinin aparılması qaydası ilə bağlı təşkil olunub.
Masallıda təlimlər 16-18 iyun, Şirvanda isə 20-22 iyun tarixlərdə baş tutacaq. Masallı və Şirvan şəhərlərində təşkil edilən təlimlərə Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Yardımlı, Lerik, Cəbrayıl, Salyan, Neftçala, Biləsuvar, Şirvan, Sabirabad, Saatlı, Hacıqabul və Kürdəmir rayonlarının yerli icra hakimiyyəti orqanlarında, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində və məhkəmə hakimiyyəti orqanlarında çalışan rəhbər vəzifəli dövlət qulluqçuları cəlb edilib.
Qeyd olunub ki, təlimlər davamlı xarakter daşıyır və Azərbaycanın bütün regionlarını əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR