Bank Of Baku

Şərqşünaslıq İnstitutunda «Azərbaycan dilində ərəb sözləri» lüğətinin təqdimatı keçirilib - FOTO

Şərqşünaslıq İnstitutunda «Azərbaycan dilində ərəb sözləri» lüğətinin təqdimatı keçirilib - <font color=red>FOTO </font>
# 17 iyun 2011 12:18 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda misirli alim, Qahirə Universitetinin professoru, doktor Hani Əs-Sisinin «Azərbaycan dilində ərəb sözləri» lüğəti çapdan çıxıb. İnstitutdan APA-ya verilən məlumata görə, bu gün kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ərəb sözlərinin Azərbaycan dilində işlədilməsinin müasir dilçilərin maraqlandığı və əhəmiyyət verdiyi ən aktual problemlərdən biri hesab olunduğunu söyləyərək, ərəb dilinin Azərbaycanda öyrənilməsinin çox qədim köklərinin olduğunu da qeyd edib. Daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşları çıxış edərək təqdim olunan lüğətin əhəmiyyətindən danışdılar. Onlar son iki ildə Şərqşünaslıq İnstitutunun ərəbşünas əməkdaşlarına ərəb dili üzrə praktik məşğələlər keçən Hani əs-Sisinin bundan sonra da həm praktik, həm də elmi əməkdaşlığı davam etdirəcəyinə inandıqlarını söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR