Bank Of Baku

Bakıda 25367 XI sinif şagirdi mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verib

Bakıda 25367 XI sinif şagirdi mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verib
# 17 iyun 2011 13:10 (UTC +04:00)
Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən illərdə tam orta təhsil haqqında sənəd almağa müvəffəq olmayan 2017 məzunla isə 4 imtahan mərkəzində imtahan aparılıb. Qaydalara müvafiq olaraq, şagirdlər tam orta təhsil səviyyəsi üzrə 3 saat ərzində 120 suala cavab veriliblər. XI siniflər üzrə keçirilən buraxılış imtahanlarında sualların ümumi sayı dəyişməsə də, ayrı-ayrı fənlər üzrə dəyişikliklər edilib. Belə ki, ana dili və riyaziyyat fənləri üzrə suallar 25-dən 21-ə qədər azaldılıb, təbiət fənləri üzrə (kimya, biologiya, fizika, coğrafiya) suallar 10-dan 12-yə qədər artırılıb. Tarix və xarici dil fənləri üzrə sualların sayı isə (15) dəyişilməz qalıb. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 18 variantda hazırlanıb ki, bu da sinifdə hər şagirdə bir variant deməkdir.

İyunun 18-də isə Bakı şəhərinin IX siniflərində ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək. Həmin gün 75 imtahan mərkəzində 35026 nəfərlə imtahan aparılacaq. Şagirdlər 90 dəqiqə ərzində ana dili və riyaziyyat fənlərindən 50 suala cavab verməlidirlər. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 12 variantda hazırlanıb.

Hər bir fənn üzrə sualların 20 faizdən 50 faizə qədərinə düzgün cavab verən şagird "3", 50 faizdən 80 faizə qədərinə düzgün cavab verən şagird "4", 80 faizdən yuxarı düzgün cavab verən şagird isə "5" qiymət alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR