Bank Of Baku

Ombudsman Gəncə, Qazax, Mingəçevir və Şəkiyə səfər edib

Ombudsman Gəncə, Qazax, Mingəçevir və Şəkiyə səfər edib
# 17 iyun 2011 16:29 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bölgələrə səfəri çərçivəsində respublikanın baş psixiatrı Gəray Gəraybəyli və Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları ilə birgə Qazax rayonlararası ruhi xəstəxanasına baş çəkib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, müvəkkili Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov müşayiət edib.

E. Süleymanova xəstəxanadakı inzibati otaqlara, palatalara baxış keçirib, burada saxlanılan xəstələrin vəziyyəti ilə tanış olub. O, palatalardakı xəstələrlə görüşüb, onların saxlanılma şəraitini, müayinə və müalicə prosesini öyrənib.

Ombudsman daha sonra Gəncə şəhər ruhi-əsəb xəstəxanasına gedərək müəssisəyə baxış keçirib. Dispanserinin iclas salonunda E. Süleymanovanın, baş psixiatrın, Qərb regionu rayonları psixiatr həkimlərinin, həmçinin Ombudsmanın Gəncə Regional Mərkəzi əməkdaşlarının iştirakı ilə psixiatriya sahəsindəki problemlərə həsr edilmiş regional müşavirə keçirilib. Müşavirəyə Bərdə, Samux, Göygöl, Ağdam və Goranboydan olan psixiatrlar da qatılıb.

Müvəkkil Mingəçevir psixonevroloji dispanserinə, Şəki rayonlararası psixiatriya xəstəxanasına da baxışlar keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR