Bank Of Baku

Ombudsmanların IX Bakı Beynəlxalq Konfransında Yekun Bəyannamə qəbul olunub

Ombudsmanların IX Bakı Beynəlxalq Konfransında Yekun Bəyannamə qəbul olunub
# 18 iyun 2011 09:24 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransın bağlanış mərasimində çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, ilk dəfədir konfransda Avropa Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar Assosiasiyası və Beynəlxalq Ombudsmanlar İnstitutunun rəhbərliyi bir araya gəliblər. Konfrans Azərbaycanın üzləşdikləri problemləri dünyaya çatdırmaq, insan hüquqları sahəsində əməkdaşlıq baxımından xüsusi önəm daşıyır.

Konfransın yekunu olaraq bəyannamə qəbul edilib. Azərbaycan, Hindistan, İsveç, Moldova, Norveç, Pakistan, Polşa, Rusiya və onun 12 subyekti, Sloveniya, Tailand, Ukrayna ombudsmanları və onların nümayəndələri, Beynəlxalq Ombudsmanlar İnstitutu, Avropa Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar Assosiasiyası, UNESKO-nun Moskva bürosu, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası tərəfindən qəbul edilən bəyannamədə əməkçi miqrantların hüquqlarını təmin edəcək normaların yaradılması, miqrantlar, milli azlıqlar, qaçqınlar və ölkədaxili məcburi köçkünlərin hüquqlarının etibarı təmin edilməsi üçün regional və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, əməkçilərin beynəlxalq miqrasiyası üçün normal, ədalətli və humanist şərtlərin müəyyən edilməsi, mədəni müxtəlifliyin və milli azlıqların mədəni irsinin qorunması, onlara münasibətdə ayrı-seçkiliyə yol verilməməsi, bütün səylərin gücləndirilməsi əksini tapıb.

Bəyannamə, həmçinin qeyri-qanuni beynəlxalq miqrasiyanın qarşısının alınması və aradan qaldırılması məsələlərini tənzim edəcək universal və regional beynəlxalq müqavilələrin qəbul edilməsinin zəruriliyini, miqrantların və milli azlıqların hüquqlarının təmini sahəsində effektiv milli qanunvericilik aktlarının qəbul edilməsinin və bu sahədə milli insan hüquqları institutlarının qanunverici orqanla əməkdaşlığının zəruriliyini, mədəniyyətlərarası dialoq, dinlər, millətlərarası əməkdaşlığın təbliğini vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR