Bank Of Baku

Gələn ay Gəncədə "Laso" adlandırılan şəhərin aşkarlanması istiqamətində arxeoloji qazıntı işləri başlayacaq

Gələn ay Gəncədə "Laso" adlandırılan şəhərin aşkarlanması istiqamətində arxeoloji qazıntı işləri başlayacaq
# 18 iyun 2011 11:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin iyul ayından Azərbaycanın Gəncə şəhəri ərazisində olması ehtimal olunan "Laso" adlandırılan iri bir şəhərin aşkarlanması istiqamətində arxeoloji qazıntı işləri başlayacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə arxeoloji ekspedisiyasının rəhbəri Arif Məmmədov məlumat verib. Onun sözlərinə görə, “Laso” şəhərinin varlığı ilə bağlı qədim romalıların tərtib etdiyi xəritədə məlumat verilir. Həmin şəhərin müasir Gəncə şəhərinin “Şəhər burnu” deyilən yerində olması ehtimal edilir. A. Məmmədov əlavə edib ki, fərdi qaydada aparılacaq arxeoloji qazıntılar sentyabrın sonunadək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR