Bank Of Baku

“Azərbaycan tarixi - arxeoturizm” layihəsi həyata keçiriləcək

“Azərbaycan tarixi - arxeoturizm” layihəsi həyata keçiriləcək
# 20 iyun 2011 08:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Badamdar Qəsəbə Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Gənc turist” klubu iyul ayından etibarən “Azərbaycan tarixi - arxeoturizm” layihəsinin həyata keçirilməsinə başlayacaq. Bu barədə APA-ya məlumat verən klubun rəhbəri Cəfər Mənsimi bildirib ki, layihənin keçiriləcəyi iki ay ərzində gənclər və yeniyetmələr üçün arxeoloji turlar təşkil ediləcək. Məqsəd gənc nəsli Azərbaycanda aparılan arxeoloji qazıntılarla tanış etmək və bu yolla Vətən tarixini dərindən öyrənməyə kömək etməkdir.

Arxeoloji turizm layihəsinə qatılanlar qruplara bölünərək, həftədə bir dəfə bir neçə arxeoloji düşərgəyə baş çəkəcək, oradakı işlərlə tanış olacaq, arxeoloqlarla və tarixçilərlə görüşəcəklər. Turlar zamanı çəkilən fotoşəkillər internetdə yerləşdiriləcək, sosial şəbəkələrdə yayımlanacaq. Layihə ilə bağlı Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsinə müraciət olunduğunu qeyd edən Cəfər Mənsimi vurğulayıb ki, müraciətə müsbət cavab verilərsə, layihəyə iyul ayının 1-dən start veriləcək.
Sonda görülən işləri əks etdirən kitab-kataloq hazırlanacağı planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR