Bank Of Baku

“Azərbaycan dili”ndən imtahan verəcək rus bölməsi abituriyentlərinə imtahanda iştirak etmək üçün buraxılış vərəqələri verilməyə başlayıb

“Azərbaycan dili”ndən imtahan verəcək rus bölməsi abituriyentlərinə imtahanda iştirak etmək üçün buraxılış vərəqələri verilməyə başlayıb
# 20 iyun 2011 08:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentlərinin iyunun 26-da keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vərəqələri”nin verilməsinə başlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, abituriyentlər iyunun 20-dən etibarən “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytına daxil olaraq çap edə bilərlər.

Qeyd edək ki, rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan Bakı və Naxçıvan şəhərlərində keçirəcək. Bu il “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 22-də keçirilib. Həmin imtahanda 10087 abituriyent iştirak edib, onlardan 8696 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb.

İyunun 26-da “Azərbaycan dili” imtahanında 2538 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 1572 nəfəri mayın 22-də keçirilmiş imtahandan qeyri-məqbul qiyməti alanlar, 966 nəfəri isə ərizəsini həmin imtahanda iştirak üçün nəzərdə tutulmuş vaxtdan sonra təsdiqlədənlərdir.
Abituriyentlərdən 1156 nəfəri qız, 1382 nəfəri isə oğlandır.

İmtahan 45 dəqiqə ərzində aparılacaq və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. “Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR