Bank Of Baku

Nəsrəddin Tusinin “Sabit İbn Qürrənin “Fərziyyələr kitabı”na şərh” əsəri nəşr olunub

Nəsrəddin Tusinin “Sabit İbn Qürrənin “Fərziyyələr kitabı”na şərh” əsəri nəşr olunub
# 20 iyun 2011 08:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Filosof və astronom Nəsrəddin Tusinin “Sabit İbn Qürrənin “Fərziyyələr kitabı”na şərh” əsəri nəşr olunub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitab N. Tusinin 810 illik yubileyi ilə əlaqədar olaraq AMEA Rəyasət Heyətinin qərarı ilə Riyaziyyat və Mexanika İnstitutunda hazırlanıb.

“Sabit İbn Qürrənin “Fərziyyələr kitabı”na şərh” əsəri N. Tusinin həndəsəyə aid kiçik həcmli əsərlərindəndir. Əsərdə elementar həndəsədən 36 məsələ həll edilib. Bu məsələlərdən bəziləri həndəsi qurmalara, bəziləri cəbri tənliklərin həndəsi həllinə, bəziləri isə cəbri eyniliklərə ekvivalent təkliflərə aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR